Xalq artistləri 2023-cü ili Avstriyada lüks mənzillərində BELƏ KEÇİRDİLƏR - FOTO/VİDEO

Xalq artistləri 2023-cü ili Avstriyada lüks mənzillərində BELƏ KEÇİRDİLƏR - FOTO/VİDEO

Hazırda oxunan: Xalq artistləri 2023-cü ili Avstriyada lüks mənzillərində BELƏ KEÇİRDİLƏR - FOTO/VİDEO

112683

Xalq artisti Yusif Eyvazov yeni 2023-cü ilini ailəsi ilə birlikdə Avstriyada keçirib.

Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebko, oğulları Tiyaqo və yaxın dostları ilə bərabər lüks mənzillərində qeyd ediblər.

Anna yeni ilə saniyələr qalmış övladının, Yusifin və dostlarının xoş arzularını dinləyərək 2023-cü ili qarşılayıblar.
Həmin anları isə Yusif Eyvazov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Anna Netrebko ilə Yusif Eyvazov 2015-ci ildə ailə qurublar. Cütlüyün övladı yoxdur. İlk əri, müğənni Ervin Şrottdan Anna 2008-ci ildə bir oğul dünyaya gətirib və adını Tiaqo qoyub. Anna Netrebko autizmli uşaq böyüdən milyonlarla qadına nümunədir.  

Rəşad Əliyev, Bizim.Media
 












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO