İradə İbrahimova:

İradə İbrahimova: "Geyim, əşya insana xoşbəxtlik gətirməz" - FOTO

Hazırda oxunan: İradə İbrahimova: "Geyim, əşya insana xoşbəxtlik gətirməz" - FOTO

112681

"Geyim, əşya insana xoşbəxtlik gətirməz. "Xoşbəxtsənsə, olduğun yerdə xoşbəxtdir. Xoşbəxtlik hüzurumuz, ürəyimiz və nə hiss etdiyimizdir. Hər səhər özüm-özümə sənin xoşbəxtliyin sağlıq, birlik, bərəbərlikdir deyirəm. Bu şəkilə baxanda təkrar bunları söylədim".

Bizim.Media xəbər verir ki, bu sözləri 13 ildir ki, ailə qurub Türkiyəyə köçən müğənni İradə İbrahimova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Ailəsi ilə birlikdə çəkdirdiyi Yeni İl fotolarını izləyiciləri ilə bölüşən sənətçi 2023-cü il ilə bağlı arzu və diləklərini bu sözlərlə ifadə edib:

"Məncə bir uşaq həyatının ən xoşbəxt illərini uşaq ikən yaşayır. Və o səadəti hər zaman özüylə yanında aparır. Bu ildə onlarla zaman keçirmək, yaxın olmaq üçün bəzədik şam ağacımızı.

İsti balışın, bir stəkan çayın, örtünəcək yorğanın varsa, sağlığınla hamısını qucaqla demək istədim sizə və özümə. Hamısını zaman tək-tək öyrədir. Şəxsən mənə çox şey öyrətdi. Təşəkkürlər təbiət, həyat, ilahiyyət".
Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub.

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladı dünyaya gətirib.

Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO