Ana olan Aydan:

Ana olan Aydan: "Bu vaxta kimi sənsiz necə yaşamışıq, körpəm?" – FOTO 

Hazırda oxunan: Ana olan Aydan: "Bu vaxta kimi sənsiz necə yaşamışıq, körpəm?" – FOTO 

112552

"Hər şey bir anda necə dəyişərmiş. Doqquz ay bətndə olduğu müddəti demirəm... O vaxt tamamilə başqa idi. Elə o vaxt da elə bilirdim ki, ondan doğma heç kim yoxdur".  

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl qız anası olan aktrisa Aydan Axundzadə sosial şəbəkə hesabında yazıb.

Aktrisa həyat yoldaşı həmkarı İbrahim Çingiz və qucağında körpəsi ilə xəstəxananı tərk edərkən çəkilən fotolarını izləyiciləri ilə paylaşıb.

"Ürəyimin altında, ürəyi döyünürdü, vallah hiss edirdim, amma... Sən demə hələ tam bilmirdim... Bilmirdik! Qucağımıza verilən andan əvvəlki  dünya bir anda çilik-çilik olub, dağıldı. Ardından yeni, tərtəmiz, tamam başqa hisslərlə dolu dünya boylandı. Sən demə, heç nəyin sənin qədər dəyəri yox imiş. Bu vaxta qədər biz sənsiz necə yaşamışıq, ay körpəm? İbrahim Çingiz (həyat yoldaşı - red.) çox sağol, ailəm!", - deyə Axundzadə qeyd edib.

Qeyd edək ki, cütlük qız övladlarına Mehriban adını veriblər. İbrahim Əməkdar artist Çingiz Əhmədov və vəkil Mehriban Əhmədovanın övladıdır. O, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyorudur.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO