“21 yaşımda ailə qurmuşam. İndi 35-36 yaşında övladlarım var. O zamanlar sevgi başımı dağıdırdı”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
Sənətçi bildirib ki, illər əvvəl onun evlənmək istədiyi xanımın ailəsi buna etiraz edib. Bu səbəbdən o, həmin xanımı qaçırıb.
“Əslində biz nişanlanmaq istəyirdik. Amma həyat yoldaşımın valideynlərinin qızlarını mənə ərə vermək fikri yox idi. Ona görə götürüb qaçdım və ailə qurmağım tez oldu. Kənd yeri idi, dava-dalaş olurdu. Onların ailəsindən adamlar söhbətə gəlib gedirdilər. Amma indi nəsillərində ən sevdiyi insanlardan biriyəm”, - deyə Manaf bildirib.
Qeyd edək ki, M.Ağayevin iki oğlan, bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:41 / 28.12.2022
Manaf: “O zamanlar sevgi başımı dağıdırdı” - VİDEO
Hazırda oxunan: Manaf: “O zamanlar sevgi başımı dağıdırdı” - VİDEO
Hazırda oxunan: Manaf: “O zamanlar sevgi başımı dağıdırdı” - VİDEO
112126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.