Aşıq Zülfiyyənin oğlu Renkanı ağlatdı, o, studiyanı TƏRK ETDİ - VİDEO

Aşıq Zülfiyyənin oğlu Renkanı ağlatdı, o, studiyanı TƏRK ETDİ - VİDEO

Hazırda oxunan: Aşıq Zülfiyyənin oğlu Renkanı ağlatdı, o, studiyanı TƏRK ETDİ - VİDEO

111907

Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova ilə aşıq Zülfiyyə İbadovanın müğənni oğlu Babək arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, ikili arasında mübahisə "İndi başla" verilişində baş verib.

Rəqqasə mərhum atası haqda danışarkən müğənninin dərindən “off” çəkməsi qarşı tərəfi qəzəbləndirib.

Renka “Deyəsən sıxıldınız. Ona görə “off” çəkdiniz” sözlərini Babəkə ünvanlayıb. 

O, bunu inkar edib. Rəqqasə bundan incəyərək artıq danışmaq istəmədiyini dilə gətirib. Renka isə “O danışanda axı mən elə bir reaksiya vermirəm. Siz də danışanda mən “off” eləmirəm” deyib.
Məsələni yumuşaltmaq üçün müğənninin anası aşıq Zülfiyyə “Babək nənəsini, babasını çox istəyirdi. Çünki valideyinlərim ona baxıblar” fikrini bildirib. 

Aşığın övladı isə “Ana sən açıqlama vermək məcburiyyətində deyilsən” söyləyib.  

Daha sonra verilişin aparıcısı rəqqasənin yerini dəyişdirib.  

Bu anda isə Renka ağlayaraq “Kimsə rəqsimə pis baxa bilər. Kənarda “off”uldaya bilər. Rəqsimi sevirəm. Rəqsimi insanlara və xanımlara sevdirmişəm. Babək kimi insanlar belə neqativ reaksiya verəndə mənə çox pis təsir edir. Qadın olsaydı üstündən keçərdim. Ayibdir! Hamımız şou-biznez, efir adamıyıq” söyləyib.

Buna cavab olaraq Babək “Renka ilə şəxsi tanışlığım yoxdur. Amma məni tanıyan bilir ki, qadınla heç zaman şəxsi qərəzim ola bilməz” cümləsini dilə gətirib.
Aşıq Zülfiyyə Renkaya “Xahiş edirəm elə başa düşməyin. Mümkün deyil. Heç kimin haqqı yoxdur ki, belə bir reaksiya göstərsin” deyərək verilişdə ifasını təqdim edib.  

Bu anda isə Rəna ayağa qalxaraq, göz yaşı içində studiyanı tərk edib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO