Qızı ilə efirə çıxan meyxanaçı Samirə ikinci dəfə ƏRƏ GEDİR - VİDEO 

Qızı ilə efirə çıxan meyxanaçı Samirə ikinci dəfə ƏRƏ GEDİR - VİDEO 

Hazırda oxunan: Qızı ilə efirə çıxan meyxanaçı Samirə ikinci dəfə ƏRƏ GEDİR - VİDEO 

111897

“Evlilik təklifi almışam. Hələ həmin şəxsi araşdırıram. İnsan həyatda tək qalmamalıdır. Təklik Allaha məxsusdur. Hər bir insan həyat yoldaşı olmadıqdan sonra altı ay keçdikdə ailə qurmalıdır. Bu həm fiziki, həm də mənəvi cəhətdən mütləq lazımdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı və müğənni Samirə Yusifqızı qızı Fəridə ilə qonaq olduqları “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

İkinci dəfə ailə qurmağa hazırlaşdığını açıqlayan sənətçi, onu bu mövzuda qınayanları sərt şəkildə tənqid edib:

“Ərə getmək, ailə qurmaq ayıb məsələ deyil. Ayıb ailəsi ola-ola namusunu satmaqdır və kənarda başqa bir xanım axtarmaqdır, nişanlı olub, onu qoyub qaçmaqdır. Ailə qurmaq nə zamandan ayıb olub? O qədər ayıb şeylər var ki…

Biz qonşunun, qohumun, dostun, övladın, bacının dediyi sözlərə görə ailə həyatı qurub, yaşamamalıyıq? Bu mövzuda təbliğat düzgün getməlidir. Ziyalılar gözəl şeyləri aşımalıdırlar. Elə insanlar var ki, özlərinin əxlaqında problemlər var, çıxıb insanlara əxlaq, namus-qeyrət dərsi keçirlər. Ailə qurmaq mütləq lazımdır.

Şəxsən mənim evlilik məsələm alınsa, həmin şəxsi efirdə göstərəcəyəm. Bəziləri kimi deməyəcəyəm ki, kimlərsə mənə pul göndərir və sponsorluq edir. "Mənə heç kim pul vermir. Özüm özümün sponsoruyam” deyənlərə demək istəyirəm ki, “Yalansa səni sponsor ilanı vursun”.
Verilişin aparıcısı Elgiz Əkbərin Samirənin qızına “Sən də ərə getmək istəyirsən?” sualına Fəridə “Hələ ki bu haqda fikirləşmirəm. Anam qoy məndən qabağa düşsün. Onun qabağa düşən vaxtıdır” cavabını verib.

Qeyd edək ki, Samirə Yusifqızının Fərid adlı daha bir oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO