Brilliant: “Oğlum toyunda çox adam istəmir” - VİDEO 

Brilliant: “Oğlum toyunda çox adam istəmir” - VİDEO 

Hazırda oxunan: Brilliant: “Oğlum toyunda çox adam istəmir” - VİDEO 

111858

“Evdə Faya adlı bir köməkçim vardı. Ona deyirdim ki, elə edin ki, mətbəxə gəlməyim. Çünki görəndə ki, o oğlum Cahad üçün nəsə bişirib, mən də yemək istəyirdim. Yeməyi çox sevirəm. Amma səhnə üçün özünü qorumaq lazimdır”.

“Cahad saat 16:00-dan sonra heçnə yemir. O idman edir. Mən davamlı pəhrizdəyəm. Amma həyat yoldaşım yemək yeyir. Hər zaman deyirəm ki, kim səhənədə deyilsə, yeyin-için, kef edin. Bu mözvzuda isə qayda-qanunlarım var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Evdəkilərə salam” verilişində deyib.

Yeganə oğlu Cahaddan söz açan sənətçi bildirib ki, övladı toy üçün böyük məclis keçirtmək istəmir:

“Oğlum toyla bağlı məsələləri danışdıqda heç xoşlamır. Ona deyəndə ki, sənin toyunda filankəs oxuyacaq, filankəsi çağıracayıq... Heç sevmir bunları. Deyir ki, evlənəndə çox qonaqlara ehtiyac yoxdur. Özümüz və 10-15 nəfər olsun bəsdi. Belə xoşlayır.

Onun seçdiyi gələcək həyat yoldaşı Cahadın ürəyincə olmalıdır. Bu əsasdır. İntellektual cəhətdən onlar bir-birinə maraqlı olmalıdır. Anası işdə-gücdə olub ki, gəlin də belə olsun? (gülür). Mən, həyat yoldaşım və oğlum həddən artıq təmizkarıq.

Heç zaman vaxtım olmayıb ki, qalxıb hansısa ev işlərini görüm. Hər zaman sənətimlə bağlı işdə-gücdə olmuşam. Hər zaman da evdə köməkçimiz olub. Amma bu o demək deyil ki, bizə işdə-gücdə gəlin lazımdır. Xeyr! Cahad özü baxıb, seçim etsin”.
Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO