Xalq artisti Sərxan: “Atam məni hərbi xidmətdən yayındırmaq istəyirdi” - VİDEO 

Xalq artisti Sərxan: “Atam məni hərbi xidmətdən yayındırmaq istəyirdi” - VİDEO 

Hazırda oxunan: Xalq artisti Sərxan: “Atam məni hərbi xidmətdən yayındırmaq istəyirdi” - VİDEO 

111843

“O zamanlar müğənni olmaq fikrim yox idi. Klassik gitarada çalırdım. Sonra əsgərlik vaxtı gəldi. Əsgərliyə məni Moskvadan apardılar”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan qonaq olduğu “Portret” verilişində deyib.

Sənətçi bildirib ki, gənc yaşlarında atası onu hərbi xidmətdən yayınmasını istəyib.

“Azərbaycandır da, qohumlar, dostlar… O zamanlar atamın yaxın dostu respublikanın hərbi komissarı Murtuz Quliyev idi. Allah ona rəhmət eləsin. Onu çox yaxşı tanıyırdım. Murtuz əmi deyə çağırırdım. Atam isə o zaman İranda idi. Ora atamı tərcümə işləri ilə məşğul olmaq üçün göndərmişdirlər.
O, jurnalist idi. Atam dedi ki, tez Bakıya gəl. Murtuz əmiyə müraciət edək səni əsgərlikdən saxlayaq. Getmərsən əsgərliyə. Cavab olaraq söylədim ki, kişi deyiləm? Gedib xidmət edərəm. Məni yalandan niyə xəstə edirsiniz. Amma mən əsgərliyə Rusiyada getdim”.

Sərxan müsahibəsində həmçinin söyləyib ki, gitarada ifa edərək səsinin olduğunu kəşf edib:

“Hərbi xidmətimi başa vurdurduqdan sonra musiqi ilə məşğul olmağa davam etdim. Gitara ispan alətidir. İspanların da çox gözəl mahnıları var. Serenadaları ifa etməyə başladım. Dedim ki, necə gözəl nəğmələrdir.

Həmin mahnıları özüm oxumağa çalışırdım. Gitaranı əlimə götürdüm, amma alınmadı. Başladım bunun üzərində çalışmağa.

Birtəhər də olsa, mahnını oxudum. Sonra mahnıların sayını artırdım. Bir neçə nəğmələri oxudum. Bala-bala başladım oxumağa. Heç kim mənə demirdi ki, sənin səsin var. Deyirdilər ki, gitarada çala bilirsənsə, bir-iki mahnı da oxu.
Söyləyirdim ki, mən müğənni deyiləm. Səsimin olduğunu gitarada ifa edərkən kəşf etdim. Amma sonra müğənnilik təcrübəm artdı. Moskvada Qnesenko musiqi kollecinin estrada fakültəsinə müğənni kimi qəbul oldum. Həmin kolleci bitirdim və diplomumu aldım”  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO