“Planet Parni iz Baku” komandasının məşhur üzvü, Əməkdar artist Bəhram Bağırzadə səhnə ilə vidalaşır.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Space maqazin” verilişinə müsahibəsində deyib.
Aktyor gələn ildən səhnəyə çıxmayacağını açıqlayıb.
“Dekabrın 14-ü Heydər Əliyev sarayının 50 yaşı tamam oldu. Ora gedib, səhnəni və divarları öpdüm. Sarayın divarlarına çox sağol dedim ki, 44 il orada çalışmışam və evimə çörək aparmışam. Söz verdim ki, bundan sonra səhnəyə çıxmayacağam. Səhnə ilə vidalaşdım. Bundan sonra məni səhnələrdə görməyəcəksiniz”.
Bəhram Bağırzadə gələcəkdə film və reklamlara çəkilib, çəkilməyəcəyinə isə belə münasibət bildirib:
“Kino və reklamları deyə bilmirəm. Ola bilsin ki, onlarla da yaxın zamanda sağollaşacağam. Gələn il yalnız uşaqlarımla məşğul olacağam”.
Qeyd edək ki, Bəhram Bağırzadə ixtisasca uşaq nevropotoloqu olan Şəhla Bağırzadə ilə ailəlidir. Cütlüyün bu nikahdan Tahirə adlı qızı, Cavid adlı oğlu var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:10 / 26.12.2022
Bəhram Bağırzadə səhnədən GETDİYİNİ AÇIQLADI - VİDEO
Hazırda oxunan: Bəhram Bağırzadə səhnədən GETDİYİNİ AÇIQLADI - VİDEO
Hazırda oxunan: Bəhram Bağırzadə səhnədən GETDİYİNİ AÇIQLADI - VİDEO
111705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.