"Bizim hamımızın içində boşluqlar var. İdeal deyilik. Mənfilərimiz özümüzlə söhbətlərimizdə qalsın. Başqasında mənfi görməklə əlimizə nə keçir? İnsanlarda müsbət şeyləri görmək lazımdır".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.
Sənətçi bildirib ki, səhnədə obrazın içində olsa da, lakin real həyatda aktyorluğu bacarmır.
"Səhnənin yuxarıda olmasının belə bir rəmzi, mənası var. O başqa bir dünyadır. Onu bir xəyal dünyası kimi düşünək. Biz xəyallarımızı, düşüncələrimizi bəzən bir obrazda görürük. Hər zaman deyirəm ki, efirdə, konsertdə gördüyünüz Tünzalə Ağayeva obraz içindədir. Amma həyatda mən artist ola bilmirəm. Dedimsə dedim, güldümsə güldüm, ağladımsa ağladım, küsdümsə küsdüm. Başqa cür davrana bilmirəm.
Bu isə mənə bəzən mane olur. Çünki görürəm ki, cəmiyyət sevir ki, biraz başqa taktika olsun. Bəzən olur ki, həqiqəti söyləyirsən inanmırlar, amma burada iki dəqiqənin içində yalandan nəsə danış, dərhal inanacaqlar. Çox maraqlı nüansdir. Əsrlərlə belə olub. Bu təkcə bu gün baş verməyib. Amma bu mənə yenə də çatmır, çünki bunları etməyi bacarmıram. Efirdə necə səmimi bir insanam, demək üçün özünü tərifləmirəm. Xeyr! Çox sərt, deyinən insanam", - deyə xanım Ağayeva bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:05 / 25.12.2022
Tünzalə: "Həyatda aktyorluğu bacarmıram" - VİDEO
Hazırda oxunan: Tünzalə: "Həyatda aktyorluğu bacarmıram" - VİDEO
Hazırda oxunan: Tünzalə: "Həyatda aktyorluğu bacarmıram" - VİDEO
111614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.