Xalq artistinin Avstriyadakı lüks evində oğlu bayrağımızı dalğalandırdı - FOTO/VİDEO

Xalq artistinin Avstriyadakı lüks evində oğlu bayrağımızı dalğalandırdı - FOTO/VİDEO

Hazırda oxunan: Xalq artistinin Avstriyadakı lüks evində oğlu bayrağımızı dalğalandırdı - FOTO/VİDEO

111451

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebko Avstriyadakı lüks evində yeni il hazırlıqlarına başlayıb. 

Bizim.Media xəbər verir ki, opera və vokal ifaçısı sənətçi oğlu, həyat yoldaşı və yaxın dostları ilə birlikdə küknar ağacını rəngarəng oyuncaqlarla bəzəyiblər. 

Həmin anları isə Anna lentə alaraq, sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

“Briqada əlindən gələni etdi. Hər kəsin Yeni iliniz mübarək! Əla komanda işi. Yeni il bayramınız əla keçsin”, - deyə Netrebko paylaşımına şərh yazıb. 

Yusif isə mənzildə küknar ağacının fonunda oğulluğu Tiaqonun əlində Azərbaycan bayrağı ilə çəkdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşıb. 

Diqqət çəkən məqam isə Eyvazovun yayımladığı həmin kadrlara Azərbaycanın himninin mahnısını əlavə etməsi olub. 

Qeyd edək ki, Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır. Onlar 2015-ci ildə ailə qurublar. Cütlüyün övladı yoxdur. İlk əri, müğənni Ervin Şrottdan Anna 2008-ci ildə bir oğul dünyaya gətirib və adını Tiaqo qoyub. Anna Netrebko autizmli uşaq böyüdən milyonlarla qadına nümunədir. Bir neçə il əvvəl həkimlər onun yeganə oğlu Tiaqoda inkişaf qüsuru aşkar ediblər. Sənətçi bu xəbərdən şoka düşsə də, lakin tez bir zamanda özünü toparlayıb və varisə cəmiyyətdə xoşbəxt həyat şansı vermək üçün əlindən gələni edir. 

Rəşad Əliyev, Bizim.Media
 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO