Doğuşun oğluyam deyən şəxs Xoşqədəmi HEYRƏTLƏNDİRDİ: “Sizinlə yaşayacağam” – VİDEO

Doğuşun oğluyam deyən şəxs Xoşqədəmi HEYRƏTLƏNDİRDİ: “Sizinlə yaşayacağam” – VİDEO

Hazırda oxunan: Doğuşun oğluyam deyən şəxs Xoşqədəmi HEYRƏTLƏNDİRDİ: “Sizinlə yaşayacağam” – VİDEO

111390

“Günaydın Azərbaycan!” səhər şousunda gözlənilməz hadisə baş verib. 

Bizim.Media xəbər verir ki, özünü müğənni Doğuşun oğlu kimi qələmə verən şəxs sözügedən verilişin yayımlandığı villaya gəlib. 

Doğuş isə həmin şəxsi adekvat qarşılayıb. Bunu görən müğənninin həyat yoldaşı Xoşqədəm Hidayətqızı heyrət içində qalıb. Hətta proqramda qonaq olan müğənni Manaf Ağayev Xoşqədəmin həmin şəxslə qucaqlaşmasını istəyib. İstanbuldan gəldiyini söyləyən gənc oğlan Xoşqədəmi səmimi şəkildə qucaqlayıb. Hidayətqızı “Həqiqətən də Doğuşa çox bənzəyir” sözlərini dilə gətirib. 

Bundan sonra Doğuş özünü onun oğlu kimi qələmə verən gənci qonaqların oturduğu masaya əyləşdirib. 

Veriliş zamanı Xoşqədəm ilə Doğuşun əkiz övladları Arın ilə Arda gənc oğlanın yanına gələrək, onu qucaqlayıblar. Övladlarının səmimi ünsiyyətini görən Hidayətqızı “Arın, sən bu oğlanı qardaşın kimi qəbul edirsən?” sualını verib. Arın isə cavab olaraq “Nə olacaq ki?” deyərək, anasını təəccübləndirib. 

Baş verənlərə məəttəl qalan Xoşqədəm DNK analizinin olmasını istəyib. 

Bunu eşidən gənc oğlan “Heç bir problem yoxdur. Mən də istəyirəm DNK analizi verim. Bu analizi verək” - deyib. 

Xoşqədəm “Doğuş sənin atan olsa, atasız keçən illərin hesabını aparacaqsan?” sualını həmin şəxsə ünvanlayıb. 

O isə “Xeyr, belə bir istəyim yoxdur. Amma artıq sizinlə birgə bu evdə qalacağam. Nə olacaq ki” cavabını verib. 

Xoşqədəm Hidayətqızı isə gəncin bu sözlərindən heyrətlənib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO