Xatirə bu yolla 15 kiloqram ARIQLADI - VİDEO

Xatirə bu yolla 15 kiloqram ARIQLADI - VİDEO

Hazırda oxunan: Xatirə bu yolla 15 kiloqram ARIQLADI - VİDEO

110820

“Səhhətimlə əlaqədar müalicələr alırdım. O müalicələrlə arıqlamaq da olmazdı. Bu səbəbdən müalicələri kənara qoydum. Bundan sonra arıqlamağa başladım”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam qonaq olduğu “Günün sədası” verilişində deyib.  

Əməliyyat keçirmədən 15 kiloqram çəki atan sənətçi arıqlamağından söz açıb: 

“Dörd aydır ki, çörəyə, şirniyyata əlimi uzatmıram. Yağlı yeməklər yemirəm. 15 kiloqram çəki atdım. Əməliyyatsız, sırf pəhriz saxlamaqla bu nəticəni əldə etdim. Xüsusi pəhrizim də yoxdur. Daha əvvəl isə keçirdiyim əməliyyat süd vəzilərimdə olan problemlə əlaqədar idi. Qardaşımın toyu olan zamanı 57 kiloqram idim. İndiki çəkimdən 7 kilo az idim. O zaman mən doqquz saat əməliyyatda qaldım. Amma həmin əməliyyatdan sonra yenə də yeməyə başladım və kökəldim”.

Qeyd edək ki, Xatirə İslam illər əvvəl çəki atmaq üçün plastik əməliyyat keçirsə də, bir müddət sonra yenidən kökəlib.

Daha sonra arıqlamaq yolunda müğənni müxtəlif pəhrizlər saxladığı və çoxlu piyada gəzdiyini dilə gətirmişdi. Sentyabrda o, Dubayda istirahət zamanı 10 kiloqram arıqladığını açıqlamışdı.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO