Zülfiyyə: “Yazırdılar ki, xərçəngdir, keçəli ilə özünü reklam edir” - VİDEO

Zülfiyyə: “Yazırdılar ki, xərçəngdir, keçəli ilə özünü reklam edir” - VİDEO

Hazırda oxunan: Zülfiyyə: “Yazırdılar ki, xərçəngdir, keçəli ilə özünü reklam edir” - VİDEO

110809

“Həyatımda keçməkeşli anlar olub. Yaxşı ki, İlqara qədər olanı itirmişəm. Əgər itirməsəydim İlqarı tapa bilməyəcəkdim. Bəlkə kimin üçünsə İlqar və ya mən yaxşı deyiləm. Amma biz ikimiz bir arada yaxşıyıq”.  

Bizim.Media xəbər verir ki, bu sözləri vəkil Zülfiyyə Bayramova qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.  

Vəkil proqramda ona sosial şəbəkədə yazılan neqativ dolu şərhlərdən söz açıb:

“Haqqımda yazılan şərhləri oxumuram. İzləyicilərdən biri yazmışdı ki, “sən niyə özünü xoşbəxt hesab edirsən? Axı sən xərçəng xəstəliyi ilə mübarizə aparırsan”. Bu sözləri yazacaq səviyyədə olan insanlar var”.  

Zülfiyyə bildirib ki, başında tatulu fotosunu Türkiyədəki həkimi iş otağından asıb:

“Saçımı dibdən kəsdirib, keçəl eləmişdim. Bunu da qadınlara dəstək üçün etmişdim ki, xərçəngə yoluxanda kompleksə düşməyin. O cür fotosessiya etdirmişdim. Yenə izləyicilərdən biri “Niyə keçəlinlə özünü reklam edirsən?” şərhini yazmışdı.

Özümü bununla niyə reklam edim? Müğənni deyiləm ki, belə şeylə özümü reklam edim. Türkiyədə məni müalicə edən həkimimin yanına getdim. Otağına girəndə keçəl başımın yanında etdirdiyim xına ilə döymə şəklimi böyüdülmüş formada orada gördüm. Həkim söylədi ki, azərbaycanlı qızını hər kəsə göstərirəm”. 
Qeyd edək ki, Zülfiyyə Bayramova mədə xərçəngindən əziyyət çəkirdi. O, tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır. Cültüyün bu nikahdan Nahid və Ceyhun adlı iki oğlan övladı var.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO