Rəqsanə canlı efirdə övladını itirdiyini AÇIQLADI - VİDEO

Rəqsanə canlı efirdə övladını itirdiyini AÇIQLADI - VİDEO

Hazırda oxunan: Rəqsanə canlı efirdə övladını itirdiyini AÇIQLADI - VİDEO

110783

Müğənni Rəqsanə İsmayılova bətnində olan övladını itirib.  

Bizim.Media xəbər verir ki, bu haqda “Səhər mərkəzi” verilişində məlumat verilib.  

Proqramın son dəqiqələrində efirə çıxan sənətçi vəziyyətinin olduqca ağır olduğunu, eyni zamanda ifaçı qızı Aysunun da səhhətində problem olduğunu açıqlayıb.  

“Səhər saat 7-də Aysun mənə yazdı ki, hərarətim olduqca yüksəkdir. Özümü pis hiss edirəm. Səninlə canlı efirə gələ bilməyəcəm”, - deyə Rəqsanə bildirib.  

Verilişin aparıcısı Afaq Gəncəli isə “Cavan xanımsan. İnşallah arzuna çatarsan. Hər şey irəlilədir. Gözəl anlarımız olacaq. Üstü örtülü danışdım. Amma tamaşaçılar özləri başa düşəcəklər” sözlərini deyib.  

Rəqsanə isə Afaqa cavab olacaq “Qismət” söyləyərək, göz yaşlarına boğulub.  

Daha sonra Rəqsanə özünü pis hiss etdiyini və efiri tərk etmək istədiyini vurğulayıb. Aparıcı isə müğənninin bu istəyini yerə salmayaraq verilişini sonlandırıb. Gəncəli İsmayılovanın əlindən tutaraq canlı efiri onunla birlikdə tərk edib.  

Qeyd edək ki, Rəqsanə İsmayılova bir müddət əvvəl "Zaurla Günaydın" səhər şousunda hamilə olduğunu və dünyaya beşinci dəfə övlad gətirəcəyini açıqlamışdı. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO