Zeynəb Xanlarova illər sonra SƏHNƏYƏ QAYITDI - VİDEO

Zeynəb Xanlarova illər sonra SƏHNƏYƏ QAYITDI - VİDEO

Hazırda oxunan: Zeynəb Xanlarova illər sonra SƏHNƏYƏ QAYITDI - VİDEO

110751

Xalq artisti Zeynəb Xanlarova uzun müddətdən sonra səhnəyə qayıdıb. 

Bizim.Media xəbər verir ki, 85 yaşlı sənətkar AzTV-nin Yeni il çəkilişinə qatılıb. 

Sabiq deputatın görüntüləri sözügedən televiziyanın “YouTube” kanalında yayımlanıb. 

Qeyd edək ki, Zeynəb Xanlarova uzun zamandır heç bir tədbirə və televiziya proqramına qatılmırdı.

Bir neçə gün əvvəl isə müğənnin Türkiyənin İstanbul şəhərinə köçdüyü haqda xəbərlər yayılsa da, bu məlumat öz təsdiqini tapmayıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO