Brilliant: “Cahad dünyaya gələndən qaynana olmaq istəyirəm” - VİDEO

Brilliant: “Cahad dünyaya gələndən qaynana olmaq istəyirəm” - VİDEO

Hazırda oxunan: Brilliant: “Cahad dünyaya gələndən qaynana olmaq istəyirəm” - VİDEO

110558

“Mənə də oğlumun toyunu görmək qismət olsun. Nə gözəl hissdir qaynana olmaq. Cahad düyaya gələndən qaynana olmaq istəyirəm. Amma hələki gözləyirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Sənətçi bildirib ki, oğlu Cahadın coxuşaqlı ailəyə sahib olduğunu istəyir: 

“Kimlərin qızı var, onlar tez qaynana olurlar, kimlərinki oğlu var, biraz çətin məsələdir. Oğlumun çox uşaqlı olmasını istəmişəm. Böyüklər deyirdilər ki, bir dənə uşaq olsun, o da “min budaq olsun”. İndi deyirəm ki, Cahad evlənsin, 5-6 övladı olsun. Amma indi qızlar o qədər övlad istəmirlər.
Ev xanımlarını görəndə deyirəm ki, evdə oturmusan, işləmirsən, nəyə görə bir uşaq dünyaya gətirmisən? Beş-altı övlad dünyaya gətirərdin də. Bizim kimi, biri səhnədə, digərləri başqa işlərdə çalışardılar. İndi qızların “fiqura”ları da dəyişmir. Sağolsun həkimlər, dietoloqlar”. 

Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var. 

Rəşad Əliyev, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO