“İki oğlum var. Çalışıb onlar üçün ev qurmuşam. Bəli, birinci onların evi, sonra işi olmalıdır. Bundan sonra övladlarım ailə qurmalıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri vəkil Zülfiyyə Bayramova ekspert qismində iştirak etdiyi “Bizimləsən” ictimai-sosial verilişində deyib.
Vəkilin bu fikirlərinə isə proqramda iştirak edən digər ekspert psixoloq Könül Cəfərova etirazını bildirib.
Psixoloq bildirib ki, valideyn övladı üçün komfortlu həyat qurmalı deyil, övlad bunu özü işləyərək etməlidir:
“Sizin bu fikrinizlə razı deyiləm. Uşaqlara hər şeyin hazırını veririk, sonra da deyirik ki, gedin oturun, sakit dolanın. İnsanın hər şeyini verəndən sonra necə sakit dolanacaq? Başlayacaq başqa yerlərdə macəra axtarmağa. Uşağa düzgün tərbiyə vermək lazımdır. Uşağa düzgün çalışıb, qazanc əldə etməyin və həyatla mübarizə aparmağın yollarını öyrətmək lazımdır. Yox uşağıma ev aldım, yox avtomobil alıb qoydum altına. Xeyr ola, uşağıma ev, avtomobil almalıyam?”.
Zülfiyyə “Sən uşağına nə ev, nə də ki avtomobil alarsan” söylərək, Könülün onunla yüksək səslə danışmasına əsəbiləşib:
“Səs tonunuzu mənimlə danışanda aşağa salın. Çünki heç kimlə yüksək səs tonu ilə danışmıram. Öz səs tonumla danışıram. Qışqırmaq lazım deyil. İndi isə icazə verin, fikrimi çatdırım. Övladlarımın hər ikisi öz hesabına işləyirlər. Onlara demişəm ki, Zülfiyyə Bayramovanın və İlqar Mikayıloğlunun uşaqları yox, öz adınıza hər şeyə sahib olmalısınız. Amma bu, o demək deyil ki, onları evsiz qoyub, küçəyə atmalıyam”.
Cəfərova isə “Bu gün respublikamızda nə qədər İlqar və Zülfiyyə kimi valideynləri olan uşaqlar var. Siz bu fikirlərinizlə cəmiyyətə düzgün mesaj yollamırsınız” söyləyərək Bayramovanın cavabını verib.
Sonda tərəflərin arasında yaranan qalmaqallı mövzuya verilişin aparıcısı Zaur Baxşəliyev müdaxilə edərək psixoloqun fikirlərinin yalnış olduğunu söyləyərək, vəkilin düşüncələrini üstün tutub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:38 / 19.12.2022
Vəkil ilə psixoloq arasında QALMAQAL: “Mənimlə danışanda səsinizi aşağa salın” - VİDEO
Hazırda oxunan: Vəkil ilə psixoloq arasında QALMAQAL: “Mənimlə danışanda səsinizi aşağa salın” - VİDEO
Hazırda oxunan: Vəkil ilə psixoloq arasında QALMAQAL: “Mənimlə danışanda səsinizi aşağa salın” - VİDEO
110457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.