Mina keçmiş əri haqda: “Özünü mənə yalandan pullu göstərib” - VİDEO

Mina keçmiş əri haqda: “Özünü mənə yalandan pullu göstərib” - VİDEO

Hazırda oxunan: Mina keçmiş əri haqda: “Özünü mənə yalandan pullu göstərib” - VİDEO

110430

“Keçmiş həyat yoldaşım profesional şəkildə mənimlə manupulyasiya edib. Ailə qurmağı çox istədiyim üçün bunlara aldandım”.

Bizim.Media xəbər verir ki,  bu sözləri müğənni Mina Hüseyn qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib:  

“O, özünü mənə yalandan pullu göstərib. Amma onu puluna görə istəməmişəm. O yalanlardan sonra da onu qəbul etdim. Sonra aramızda müəyyən məsələlər oldu. Xasiyyətcə anladım ki, mənə uyğun insan deyil və mən ayrılmağa qərar verdim. Münasibətlərdə dürüstlüyə önəm verirəm. Əgər o mənə əvvələcədən yalanlar danışıbsa, həyatı boyu bunu davam etdirə bilərdi. Bu səbəbdən həyatımı ona əmanət edə bilmərəm”.  
Qeyd edək ki, M.Hüseyn S.Həsənovla mart ayında gizli şəkildə ailə qurub. Aylar sonra sənətçi ərindən ayrıldığını və boşanmaq üçün işlərə başladığını açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO