Aparıcı Zaur Baxşəliyev “Zaurla Günaydın” səhər şousunun çəkiliş heyəti ilə birgə Əməkdar artist Elza Seyidcahanın evinə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçinin mənzilində qonaq olan Zaur Elzanın pianoda ifası zamanı köhnə qarmonunu əlinə aldığı zaman iki yerə bölünüb.
Sözügedən verilişin studiyasında olan müğənni Xatun Əliyeva, Əməkdar artistlər Vasif Məhərrəmli və aktyor Coşqun Rəhimov bu hadisəyə gülüblər.
Onların bu hərəkəti isə Elzanın anası Seyidcahan xanımı qəzəbləndirib.
O, əsəbi halda Elzaya zəng vuraraq Xatuna və digər sənətçilərə canlı efirdə iradını bildirib:
“O qarmon nənəmdən qalıb. 100 ilin qarmonudur. Elza əntik əşyaları çox sevir, ona görə də saxlayıb. Elza o qarmonu vaxtının azlığından düzəltdirə bilməyib. Zaur studiyadakılara de ki, hər şeyə gülməsinlər. Orada Xatunun və digər qonaqların gülməyi xoşuma gəlmədi”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:18 / 19.12.2022
Xatun, Vasif və Coşqunun Elzaya gülməyi anasını QƏZƏBLƏNDİRDİ - VİDEO
Hazırda oxunan: Xatun, Vasif və Coşqunun Elzaya gülməyi anasını QƏZƏBLƏNDİRDİ - VİDEO
Hazırda oxunan: Xatun, Vasif və Coşqunun Elzaya gülməyi anasını QƏZƏBLƏNDİRDİ - VİDEO
110380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.