Vasif: “Atam pullarını termosların içində, damda gizlədirdi” - VİDEO

Vasif: “Atam pullarını termosların içində, damda gizlədirdi” - VİDEO

Hazırda oxunan: Vasif: “Atam pullarını termosların içində, damda gizlədirdi” - VİDEO

110345

"O zamanlar qorxulu həyat vardı. Atam ona-buna termos aldırardı. Özü isə birdən-birə gedib on ədədlərlə termos almağa qorxub, çəkinərdi. Çünki birdən deyərlər on ədəd termosu o neynir? Özü alanda da oradan-buradan alardı. Termosların içində olan şüşəni çıxardıb, pulu ora doldurardı. Arxadan da qapağını bağlayırdı. Gecə işıqları söndürüb, məni dama qaldırırdı. Aşağıdan isə mənə deyirdi ki, termosların hərəsini damın bir küncünə qoy”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu “Sözbaz” verilişində deyib.

Sənətçi bildirib ki, heç zaman evlərinin damında termosların içində olan pulları götürməyib.

“Bilirdim ki, damda nə qədər pul var. Amma bir dəfə də dilimdən heç bir uşağın və ya dostumun yanında qaçırtmamışam ki, bizdə bu qədər pul var. Aldığım o tərbiyə mənə imkan verməyib ki, evdə heç kim yoxdur rahatca nərdivanla qalxıb, termosun içindən 2-3 yüzlük əskinas götürüb, kef edim. Atam məni dama qaldırıb, aşağa endirəndə heç vaxt deməyib ki, bunu heç yerdə demə. O anlayıb ki, mənə nəsə deməyə ehtiyac yoxdur”, - deyə Vasif vurğulayıb.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO