Azərbaycanlı bloqer Dubayda dönərxana açıb, pulsuz yemək payladı - VİDEO 

Azərbaycanlı bloqer Dubayda dönərxana açıb, pulsuz yemək payladı - VİDEO 

Hazırda oxunan: Azərbaycanlı bloqer Dubayda dönərxana açıb, pulsuz yemək payladı - VİDEO 

109655

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Dubayın ən kasıb yerlərinin birində dönərxana açıb.

Bizim.Media xəbər verir ki, bu haqda bloqerin özü sosial şəbəkə hesabında məlumat verib.

Hüseyn yeni açılmış dönərxana evinin görüntülərini çəkərək, izləyiciləri ilə bölüşüb.

Həsənov paylaşdığı kadrlarda özü şəxsən dönər hazırlayaraq, onu pulsuz kasıb və ehtiyacı olan insanlara paylayıb.

"Dubayın ən kasıb bölgəsində yeni bir məntəqə açdıq. Ehtiyacı olanların hamısını pulsuz yedizdirəcəyik. Məhz bu gün bu dönərləri şəxsən özüm hazırlayacağam", - deyə Hüseyn Həsənov bildirib.
Onun yaxın dostları isə hazırlanan dönərləri yeməyə ehtiyacı olan şəxslərə paylayıb. Diqqət çəkən məqam isə yayımlanan görüntülərdə bloqerin açdığı dönərxananın önünə insan axınının olmasıdır.

Rəşad Əliyev, Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO