Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ailəsi ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evli olan T.Rəcəbov obyektiv qarşısına keçib.
Xanımı və avqust ayında dünyaya gələn Nika adlı körpəsi ilə qrossmeyster yeni il ab-havalı fotosessiya etdirib. Teymur fotosessiyada lentə alınan şəkilləri sosial şəbəkə hesabında izləyiciləri paylaşaraq bu sözləri yazıb:
"Sevimli həyat yoldaşım Anna və körpəmiz Nika ilə birgə "Yeni il" gecəsinə hazırlaşırıq". Qeyd edək ki, cütlük bu ilin yanvarında ailə həyatı qurub. T.Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə evlənsə də, bir müddət sonra onlar boşanmışdı. Şahmatçının bu evlilikdən Məryəm adlı qızı var.
Rəşad Əliyev, Bizim.Media
![Teymur Rəcəbovdan xanımı və körpəsi ilə yeni il FOTOSESSİYASI Teymur Rəcəbovdan xanımı və körpəsi ilə yeni il FOTOSESSİYASI](https://bizim.media/file/articles/2022/12/14/1671038769_1.jpg)
- A-
- A
- A+
Şoutaym
21:25 / 14.12.2022
Teymur Rəcəbovdan xanımı və körpəsi ilə yeni il FOTOSESSİYASI
Hazırda oxunan: Teymur Rəcəbovdan xanımı və körpəsi ilə yeni il FOTOSESSİYASI
Hazırda oxunan: Teymur Rəcəbovdan xanımı və körpəsi ilə yeni il FOTOSESSİYASI
109649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.