Hollivud ulduzunun 250 milyonluq sərvəti KİMƏ QALACAQ? - FOTO

Hollivud ulduzunun 250 milyonluq sərvəti KİMƏ QALACAQ? - FOTO

Hazırda oxunan: Hollivud ulduzunun 250 milyonluq sərvəti KİMƏ QALACAQ? - FOTO

109589

67 yaşlı dünya şöhrətli Hollivud aktyoru Bryus Uillisin 250 milyon dollarlıq vəsiyyətinin aqibəti açıqlanıb.  

Bizim.Media “RadarOnline” nəşrinə istinadən xəbər verir ki, vəsiyyətnaməni aktyor illər əvvəl yazsa da, o, xəstəliyi ilə bağlı diaqnoz qoyulmadan bir neçə gün əvvəl sənədi düzəltməli olub.

Məlum olub ki, Hollivud aktyoru qızları - 34 yaşlı Rumer, 31 yaşlı Skaut və 28 yaşlı Talulaya nisbətən az pul vəsiyyət edib: hər birinə bir milyon dollar.  

Nəşrin insayderi bu qərarı belə izah edib: Bryus bütün həyatı boyu qızlarını maddi cəhətdən təmin etdiyinə inanır. Onlar da öz növbəsində artıq şou-biznesdə kifayət qədər uğur qazanıblar və pula ehtiyac duymurlar. Bundan başqa, keçmiş arvadı Demi Mur qızlarını qəpiksiz qoymayacaq: onun hesabında 200 milyon dollar var.  
Sərvətin böyük hissəsi aktyorun hazırkı həyat yoldaşı - Emma Heminq və onların iki qızı - 10 yaşlı Meybel və 8 yaşlı Evelində qeydə alınıb. Ailə başçısının belə bir qərarı ilə bağlı mübahisələr üçün heç bir ilkin şərt yoxdur. Aktyor həyat yoldaşları və uşaqları ilə birlikdə çox vaxt keçirir və vaxtaşırı sosial şəbəkələrdə ümümi fotolar paylaşır.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO