Rəhman Rəhmanov:

Rəhman Rəhmanov: ""Oğlumu narkotikə Natiq Nuriyev qurşandırıb" deməmişəm" – ÖZƏL

Hazırda oxunan: Rəhman Rəhmanov: ""Oğlumu narkotikə Natiq Nuriyev qurşandırıb" deməmişəm" – ÖZƏL

109514

Xəbər verdiyimiz kimi, ötən gün “Elgizlə izlə” ictimai-sosial verilişdə müğənni Vüqar Muradov iddia edib ki, müğənni Elçin Cəfərovu narkomaniyaya qurşandıran bir qocaman skripka ustadı olub. Daha sonra bu şəxsin Əməkdar artist Natiq Nuriyev olduğu ilə bağlı xəbərlər yayılıb.

Qalmaqallı olayın ardınca Əməkdar artist Rəhman Rəhmanovun illər əvvəl açıqlamaların birində söylədiyi “Oğlum Emili narkotikə qurşandıran Natiq Nuriyev olub” sözləri gündəmə səs salıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Əməkdar artist Rəhman Rəhmanovla əlaqə saxlayıb. 

Aktyor bildirib ki, heç zaman belə bir açıqlama verməyib: 

“Bu, yalandır, belə açıqlama verməmişəm. Belə mənasiz söhbətlərin bizə heç bir aidiyyatı və əlaqəsi yoxdur, bizlik deyil. Demədiyim bir şeyi adımdan yayan insanlar Emilin qatı düşmənləridir. Oğlumun bu mövzuya heç bir adiyyatı yoxdur.

Emil narkomaniyada illər əvvəl tam müalicə olunub. Çox ağır günlər yaşadı, stress keçirdi. Elə bu stressə görə onun əsəbləri pozulub. Emilin yaxşı nevroloq və psixoloqa ehtiyacı var. İmkanım düzələn kimi oğlumun səhhəti ilə məşğul olacağam”. 

Qeyd edək ki, ötən gün müğənni Vüqar Muradov “Elgizlə izlə” sosial-ictimai verilişində mərhum müğənni Elçin Cəlilovu narkotikə qurşanmasına səbəb yaşlı musiqiçinin olduğunu bildirib. Proqramdan sonra aparıcı Elgiz Əkbər axşam.az saytının səhifəsində yayımlanan bu xəbərin şərh bölümünə həmin musiqiçinin skripka ifaçısı Natiq Nuriyev olduğunu yazıb.   
 
Sözügedən qalmaqallı məsələdə isə Əməkdar artist Rəhman Rəhmanovun müğənni Emilin videomüsahibələrin birində onu narkotikə Elçin Cəlilovla həmin musiqiçinin alışdırdığı açıqlaması olub. 
 
Həmin videomüsahibəni sizə təqdim edirik:


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO