Ötən axşam dünyaca məşhur italyan markası “Bvlgari” ilə “Nargis” dərgisinin baş redaktoru Ülviyyə Mahmudovanın birgə ərsəyə gətirdiyi “Arzuların daşları” filminin nümayiş gecəsi keçirilib.
Bizim.Media xəbər verir ki, təmtəraqlı təqdimat mərasimində Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva və bir sıra digər məşhurlar iştirak ediblər.
Aygün gecəyə müğənni qızı İlqarə Kazımova ilə qatılıb.
Premyerada Aygün Kazımova Ülviyyə Mahmudova və həmkarı Zülfiyyə Xanbabayeva ilə bir araya gələrək, fotolar çəkdirib. Şəkilləri isə Xalq artisti sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media