Aysundan yenicə barışdığı həyat yoldaşına doğum günü SÜRPRİZİ - VİDEO

Aysundan yenicə barışdığı həyat yoldaşına doğum günü SÜRPRİZİ - VİDEO

Hazırda oxunan: Aysundan yenicə barışdığı həyat yoldaşına doğum günü SÜRPRİZİ - VİDEO

109463

Müğənni Aysun İsmayılova yenicə barışdığı həyat yoldaşı Eşqin Cəlilovla bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, əlində tortla Eşqini doğum günü münasibəti ilə təbrik edən Aysun həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Görüntülərdə Cəlilov şamları üfürdükdən sonra barmağını torta batıraraq İsmayılovanın üzünə sürtüb. Müğənni daha sonra yayımladığı fotoda həm özünün, həm də həyat yoldaşının üzü və saçları torta qarışmış vəziyyətdə olduğu əks olunub. 

Qeyd edək ki, bir müddət əvvəl Aysun İsmayılova ilə Eşqin Cəlilovun münasibətlərinin korlandığı və ayrılması iddia olunub. 

Bir neçə həftə əvvəl isə müğənni “Məhkəməyə qədər gedib çıxmışdıq, amma dayandıq. Çünki hərə bir söz danışır. Hər gənc ailədə ilk aylarda belə problemlər olurmuş. Elə bilirdim ki, tək məndədir. Baxdım ki, hamıda belədir. Biz də o mərhələdən bir yerdə keçdik, ayrı-ayrı yox. Bir müddət bir-birimizə vaxt verdik, bir-iki ay ayrı qaldıq. Mən heç vaxt danışmadım, indi də barışıq gedir deyə, açıqladım” açıqlaması ilə uzun sürən sükutu pozub. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO