Aygün Kazımova oxudu, Zülfiyyə əri ilə RƏQS ETDİ - VİDEO

Aygün Kazımova oxudu, Zülfiyyə əri ilə RƏQS ETDİ - VİDEO

Hazırda oxunan: Aygün Kazımova oxudu, Zülfiyyə əri ilə RƏQS ETDİ - VİDEO

109365

Xəbər verdiyimiz kimi Xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva iştirak etdikləri məclisdə bir araya gəliblər.

Bizim.Media xəbər verir ki, Kazımova səhnədə “ Gecələr keçir” hitini ifa edən zaman Xanbabayeva həyat yoldaşı, iş adamı Zaur Məmmədovla rəqs edib.

Bunu görən pop diva səhnədən zala enərək öncə həmkarı, daha sonra isə onun həyat yoldaşı ilə qucaqlaşaraq səmimi şəkildə görüşüb.
Aygün səhnəyə geri qayıtdıqdan sonra isə “Canım, gözüm, sənət və həyat dostum Zülfiyyə Xanbabayeva” sözlərini dilə gətirib.

Həmin anlar isə A.Kazımovanın mətbuat katibi Ruslan Ağayev tərəfindən çəkilərək sosial şəbəkədə paylaşılıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO