“Qızıl qrammofon” alan “Jony”ni ailə üzvləri yalnız qoymadı - FOTO

“Qızıl qrammofon” alan “Jony”ni ailə üzvləri yalnız qoymadı - FOTO

Hazırda oxunan: “Qızıl qrammofon” alan “Jony”ni ailə üzvləri yalnız qoymadı - FOTO

109353

Xəbər verdiyimiz kimi, Moskvada 27-ci Rusiya musiqi mükafatı “Qızıl qrammofon”un təqdimat mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, Rusiya və MDB ölkələrində “Jony” ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli yaradıcılığının dördüncü ilində ilk dəfə olaraq “Титры” (Titrlər) hitinə görə sözügedən mükafata layiq görülüb.

Mükafatı qəbul edən pop ulduz bunun onun üçün çox dəyərli mükafat olduğunu bildirib və “Rus radio”suna verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

“Jony” mükafatlandırma mərasimindən çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Onu bu özəl gecədə stamotoloq və menecer qardaşı Tural Hüseynov, anası Əminə Hüseynova və dayısı yalnız qoymayıblar.
Qeyd edək ki, gecədə “Jony”dən savayı Xalq artisti Emin Ağalarov və HammAli&Navai də (Aleksandr Əliyev və Nəvai Bəkirov) “Qızıl qrammofon”a sahibləniblər. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO