2022-ci ildə bıçaq altına uzanan MƏŞHURLAR - FOTO/VİDEO 

2022-ci ildə bıçaq altına uzanan MƏŞHURLAR - FOTO/VİDEO 

Hazırda oxunan: 2022-ci ildə bıçaq altına uzanan MƏŞHURLAR - FOTO/VİDEO 

109330

Bu ildə də bir çox məşhurlar bir ağızdan “Gözəllik ondur, doqquzu plastik əməliyyat” deyib, bıçaq altına uzandılar. Burnunu kəsdirib, dodaqlarını şişirdənlər də oldu, qarnındakı piyləri çıxarıb, sinəsini böyüdənlər də... Onlar təkcə səhnədə deyil, eyni zamanda cərrah masasında da şou göstərdiklərini desək heç də yanılmarıq.  

Bizim.Media odda yanmayan, suda batmayan şou əhlinin xarici görkəmlərində etdiyi dəyişikliyi təqdim edir.

Siyahımıza aparıcı Ulvira Qarayeva ilə başlayaq. Gözəlləşmək üçün beşinci dəfə cərrah masasına uzanan aparıcı üzgərmə,  alıngərmə, buxaq “liposaksiya”sı, göz qapaqlarının formasını dəyişdirmək “blefaroplastika” əməliyyatını keçirdi. Qarayevanın son görünüşü ilə Xalq artisti Aygün Kazımovaya bənzərliyi diqqətdən qaçmayıb. Onu da bildirək ki, Aygün Kazımova ilə Ulvira Qarayevanı əməliyyat edən eyni plastik cərrahdır.

 
Görünüşündə etdiyi dəyişikliklərlə gündəmə səs salan ulduzlardan biri də Əməkdar artisti Lalə Məmmədova oldu. 2 il əvvəl burnunda “rinoplastika” əməliyyatı keçirən sənətçi açıqlamaların birində bu il bədənşəkilləndirmə etdirdiyini dilə gətirdi. 


Məmmədova “Üç-dörd ay əvvəl bədənimə kiçik, incə toxunuşlar oldu. Bədənşəkilləndirmə əməliyyatı keçirdim. Yalan deyərəm sayını bilmirəm. Hissə-hissə əməliyyat etdirirəm. Əməliyyatlarımın sayını itirmişəm. Yaşla əlaqar ola bilər ki, hansısa nahiyyəmdə plastik əməliyyat keçirim. Artıq bir şey yoxdur” söyləyək əməliyyatını aləmə car çəkdi.
 


Xarici görkəmindən narazı olan daha bir məşhur isə müğənni Damla oldu. İfaçı o qədər özünə “ağız-burun” etdi ki, 9 saatlıq əməliyyata girdi. Cərrah müğənninin bu saatlar ərzində bədənində 4 ağır əməliyyat icra etdi. Belə ki, Damla, üzünə və əllərinə kök hüceyrə vurdurdu, sinəsinin həcmini kiçiltdi və qarın piylərindən azad oldu. Bütün bunlara rəğmən sosial şəbəkə əhli sənətçinin ünvanına “Bu qədər əməliyyat olundu, amma yenə də kökdür” yazdılar.


Aktrisa Pərvin Abıyevanın da əməliyyat olunması xeyli müzakirə olundu. Sənətçi bir sıra həmkarları kimi gözəlləşmək üçün kök hüceyrə əməliyyatına girdi. Cərrah Pərvinin bədənindən piy alaraq, onu aktrisanın üzünə və əllərinə yeridib.
 

Pərvinin həmkarı “Vicdan haqqı” serialı ilə məşhurlaşan aktrisa Ülviyyə Xəlilbəylinin bıçaq altına uzanması ilə gündəmə səs saldı. 32 yaşlı sənətçi bir dəfəyə alın gərmə, üz gərmə, qaş qaldırma və “bella eyes” əməliyyatlarını keçirdiyini açıqladı. Onun birdən-birə başqa simaya sahib olması görənləri məəttəl qoydu. Əməliyyatdan sonrakı görüntüsü isə sosial şəbəkələrə yayılaraq geniş müzakirə olundu. Ülviyyənin əməliyyatını xanım izləyicilər başına qaxınc etdilər.


Gözəllik uğrunda qurban verən daha bir məşhur isə bloqer Aysel Şükürova oldu. O, açıqlamasında “Sinə kiçiltmə, silikon, bir də liposaksiya etdirmişəm. Sinəmdə zatən silikon var idi. Silikon əkizlərdən sonra etdirmişdim. Sinəmi kiçildib, silikonları da yenilədik. Yəni məndən “qum saatı” vücudu gözləməyin. Gözə çarpacaq şeyləri sevmirəm” vurğulayıb.


Bu il əməliyyat olunan məşhurlar sırasına adını qızıl həriflərlə yazdıran müğənni Xatirə İslam da oldu. Dəfələrlə plastik əməliyyat keçirən sənətçi bu dəfəki əməliyyatının bədənşəkilləndirmə olmadığını vurğuladı. “Bir çox qadınlarda olduğu kimi süd vəzi problemimi həll etdik. Limfalarımda olan kistaların götürülməsi məsləhət görüldü”, - deyə X.İslam bildirdi.


“Qonşudan qalma geri” prinsipinə əməl edənlərdən biri də müğənni  Şəbnəm Tovuzlu oldu.  O da həmkarları kimi artıq çəkidən xilas olmaq üçün liposaksiya əməliyyatı keçirdi.
 

Boşanma xəbəri ilə gündəmi alt-üst edən Əməkdar artist Nigar Şabanova yeni görünüşə sahib olmaq üçün plastik cərrahın qapısını döydü. İfaçı kompleksindən azad olmaq üçün "liposaksiya" əməliyyatı keçirdiyini açıqladı. “Qarnım vardı. Onu isə əməliyyat vasitəsi ilə aradan qaldırdıq”, - deyə Şabanova vurğulayıb.
 

İllərdir köklüyü ilə mübarizə aparan, arıqlamaq üçün müxtəlif pəhrizlər tutan Əməkdar artist Mətanət İsgəndərli ən təhlükəli yola baş qoydu. 107 kiloqram çəki ilə cərrah masasına uzanan sənətçi mədəkiçiltmə əməliyyatı etdirdi. Bu yolla isə Mətanət nə az nə çox, düz 36 kiloqram çəki atdığını açıqladı.
 

Nadir hallarda efirlərə çıxan müğənni Aysel Əlizadə boş vaxt tapan kimi bıçaq altına uzandı. Sənətçi nəfəs almaqda çətinlik çəkdiyini, eyni zamanda burnunun sağa doğru deformasiyaya uğradığı səbəbi ilə burnunda “rinoplastika” əməliyyatı keçirdi.


Burnundan narazı olanlardan biri də rejissor və aktyor Kənan Mahmudov oldu. O isə keçirdiyi “rinoplastika” əməliyyatını “1996-cı ildən bəri burnumda çəpər əyriliyi var idi. Nəfəs alanda məni çox incidirdi. Bu gün həll etdik” sözləri ilə qələmə verdi.


Aktrisa Nəzakət Məmədova da bu ay görünüşünü yeniləməyə qərar verib əməliyyata girdi. Altı saat bıçaq altına uzanan sənətçi bədənşəkilləndirmə, eyni zamanda sinə kiçiltmə əməliyyatını keçirdi.
 

Bu ilin və bu ayın əvvəlində ən son əməliyyat olunan isə müğənni Xatun Əliyeva oldu. Xatun oğlu Adilin toyundan əvvəl plastik əməliyyat olunduğunu açıqladı. Artıq çəki və piylərdən azad olmaq üçün müğənni yenidən bədənşəkilləndirmə əməliyyatı üçün cərrah masasına uzandı.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO