"Zaur ("Zaurla Günaydın" verilişinin aparıcısı Zaur Baxşəliyev - red.) illər əvvəl "Yağ kimi" verilişinə məni çəkəndə beşinci mərtəbədə olan evimə gəlmişdi. O evimi satdım, bu mənzili aldım. Böyüdüb, təmir etdirdim.
Əvvəllər fikirləşirdim ki, neynirəm geniş evi tək insanam, amma sonra gördüm ki, geniş olması daha yaxşıdır. Bu mənzilim üç otaqlıdır. İki yataq otağım var, qonaq otağı ilə mətbəxin arasını açdırıb, "studiya" kimi böyük otaq etmişəm. Bu evi 2012-ci ildə təmir etdirmişəm".
Bizim.Media xəbər verir ki, bu sözləri bu gün doğum gününü qeyd edən müğənni Mənzurə Musayeva "Zaurla Günaydın" səhər şousunda deyib.
Verilişin aparıcısı Zaur Baxşəliyev canlı yayım zamanı sənətçinin doqquz mərtəbəli binaların birində yerləşən evinə qonaq gedib.
Zaurla həmsöhbət olan sənətçi doğum günündə uşaqlıqdan böyüdüb boya-başa çatdığı qardaşı qızı Çinarənin onun yanında olmamasından gileylənib:
"Hərdən istəyirəm evin dizaynını dəyişim. Amma sonra özümə sual verirəm ki, bunu kimin üçün edəcəyəm? Əgər yaxınlarım məni doğum günümdə tək, yalnız qoyurlarsa, bunu etməyimin nə mənası var? Zaur bəs sən necə fikirləşirsən? Onlarım bu hərəkəti qəlbimə dəyir. Sağolsun digər məni ozünə yaxın bilən insanlar gəldilər yanıma. Bacım, anam da hər zaman yanımdadır.
Əgər mənim özəl günümdə məni tək qoyacaqlarsa neynirəm? Dostlarım gəlirlər yanıma. Bu günkü gün mənim bu evdə tək qalmağım nə dərəcədə düzgündür? İstəyirəm ki, nəvəm yanıma gəlsin. Evdə qaçıb, buraları dağıdıb-töksün. Gəlmirlər... Yəqin işləri çoxdur. 15 yaşımdan mən bu sənətdəyəm. Heç zaman pulun arxasınca qaçmamışam. Bunu Allah da bilir. Bu sənətdə mənə dayaq duran, sponsorum olmayıb. Hər şeyi özüm etmişəm. Qəpik-qəpik qazanıb qardaşıma, bacıma, anama kömək etmişəm. Artıq qalan pulu isə özümə xərcləyib, şərait qurmuşam".
Verilişin gedişatında Mənzurə Çinarənin valideyinlərindən və öz ailəsindən də söz açıb:
"Qızım Çinarə beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Hazırda isə Azərbaycan Diplomatik Akademiyasında (ADA) işləyir. Çinarə özü oxuyub. Onun atası yəni qardaşı həkimdir, anası isə müəllimədir.
Bu cür savadlı olması isə elə valideyinlərindən qaynaqlanır. Mən, anam və Çinarə bir yerdə qalırdıq. Çinarə kiçik yaşlarında yəni birinci sinifə gedəndə valideynləri Rusiyadan Bakıya gəldilər. Onda ona söylədim ki, bu, sənin atan və anandır. Amma səni biz böyütmüşük. Bizi Çinarə çox istəyir. O, bu gün bura ona görə gəlməyib ki, efirə çıxmaq istəmir.
Anası ilə dərdləşir, atası isə ona kömək olur. Hamımız həkim qardaşıma sağlamlığımızla bağlı müraciət edirik. Biz ailədə dörd nəfərik. 3 bacı, bir qardaş. Qardaşımın bir çayxanası da var. Bir bacım mənimlə qalır. Digər bacım isə evdar xanımdır. Onun da üç qız övladı və dörd nəvəsi var. Mənim övladım olmadı. Bu da qismət. Allahın yazısıdır. Həyat yoldaşımla ayrıldım".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:38 / 11.12.2022
Mənzurə ad günündə gileyləndi: "Qızım məni tək qoydu" - VİDEO
Hazırda oxunan: Mənzurə ad günündə gileyləndi: "Qızım məni tək qoydu" - VİDEO
Hazırda oxunan: Mənzurə ad günündə gileyləndi: "Qızım məni tək qoydu" - VİDEO
109024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.