Rəqqasə Aygün: “Məni qəşəng bir kişi alıb özünə arvad edəcək” – VİDEO 

Rəqqasə Aygün: “Məni qəşəng bir kişi alıb özünə arvad edəcək” – VİDEO 

Hazırda oxunan: Rəqqasə Aygün: “Məni qəşəng bir kişi alıb özünə arvad edəcək” – VİDEO 

108937

“Özgüvənli qızam. Çox sevilirəm. Maraqlı evlilik təklifləri alıram. İşi-gücü olan sanballı bir kişi mənimlə ailə qurmaq istəyir”.  

Bizim.Media xəbər verir ki, bu sözləri “Rusalka” ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Aygün Babayeva “MTV maqazin” verilişinə müsahibəsində deyib.  

Həddən artıq çox evlilik təklifləri aldığını söyləyən rəqqasə bildirib ki, onunla ailə qurmaq istəyən şəxsin bir aylıq gəliri 15 min manatdan artıq olmalıdır: 

“Hələ ailə qurmaq istəmirəm. Çünki o qədər çılğın, odlu-alovlu qızam ki, hələ rəqs etmək istəyirəm. Bir-iki ilə ailə qurmağı düşünürəm. Özüdə məni gəşəng bir kişi alıb özünə arvad edəcək. Ailə quracağım kişinin aylıq gəliri ən azı 15-20 min olmalıdır. Bir bəydən mənə 20 minlik hədiyyə olmalıdır. O hədiyyəni edən bundan əvvəl o qədər hədiyyələr edib ki... Sevgi, eşq istəyirəm. Sevgi qadınıyam. Sevilmək istəyirəm.

Belə şeylər məni xoşbəxt edir. Çünki bunu pulla ala bilmərəm. Sevgi, istək çox önəmlidir. Bir kişi mənə nə qədər hədiyyələr alsa da, mənim ona qarşı olan sevgim olmasa, gözlərində mənə qarşı olan sevgini görməsəm mənim üçün heç bir önəmi yoxdur”.  

“Bakıda ən bahalı məclislərdə mən çıxış edirəm”, - deyə qeyd edən Babayeva qatıldığı el şənliklərindən aldığı qonorarın məbləğini də açıqlayıb:  

“Məclisdə 10 dəqiqəlik rəqsim üçün 300-500 manat arası qonorar alıram. Rayonlarda bir çıxışım isə 2000 manatadır. Bu yaxınlarda Qubadakı məclisə 1800 manata getmişdim. Bağ evlərdə çıxışlar da edirəm və dəvətlərin sayı həddən artıq çoxdur. Bağ evləri üçün qiymət 600-800 manat civarındadır”.  

Rəqqasə məclislərin birində başına gələn qalmaqallı olaydan da söz açıb:  

“Bəzi rəqqasələr kimi masalara yaxınlaşıb, pul almıram. İstəmirəm kiminsə əli mənə dəysin. Çünki özümü qısqanıram. Elə-belə məni görsünlər (süjetdə bədən quruluşunun formasını göstərir – red.) yetər. Məclislərin birində məndən bir cütlüyə yaxınlaşıb, ərin önündə oynamağımı istədilər. Kişinin isə arvadı çox qısqanc birisi idi. Məndə yaxınlaşıb oynadım.

Üzümü çevirən kimi hiss etdim ki, kimsə arxadan saçımı tutub dartır. Ona dedim ki, saçım qaynaqdır, dartma”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO