Rəqsanə oğlunun toyunda iştirakı üçün Linetə nə qədər PUL VERİB? - VİDEO

Rəqsanə oğlunun toyunda iştirakı üçün Linetə nə qədər PUL VERİB? - VİDEO

Hazırda oxunan: Rəqsanə oğlunun toyunda iştirakı üçün Linetə nə qədər PUL VERİB? - VİDEO

108878

“Oğlum Muhammedin kiçik toyuna gələn hər bir həmkarımın cibinə pul qoymuşam. Həyat yoldaşım Fazil müəllim söylədi ki, onlar Rəqsanənin oğlunun deyil, Fazilin oğlunun toyuna gəliblər. Bu, onların çörək pullarıdır. Onlar da bu məclisimizdən pul qazanmalıdırlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Sənətçi bildirib ki, bir neçə ay əvvəl Bakıda oğlu Muhammedin kiçik toy məclisində türk həmkarı Linetin iştirak etməsi üçün ona 100 min manat ödəyib. 

“Bilirsiniz ki, övladımın məclisində Türkiyənin məşhur ulduzu Linet iştirak etdi. Linetə 100 min manat qonorar ödədik. O məbləğin əksər hissəsi isə elə təyyarə biletlərinə getdi. 50 min manata yaxın məbləğ özünün qonorarıdır. Deyirlər ki, biz əgər Türkiyədən gəliriksə yalnız öz hava yollarımızla gəlirik və biletlərimiz də biznes klass olmalıdır”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO