5 övladı və 13 nəvəsi olan 63 yaşlı kişi Kübra Əliyevaya evlilik təklif etdi - VİDEO

5 övladı və 13 nəvəsi olan 63 yaşlı kişi Kübra Əliyevaya evlilik təklif etdi - VİDEO

Hazırda oxunan: 5 övladı və 13 nəvəsi olan 63 yaşlı kişi Kübra Əliyevaya evlilik təklif etdi - VİDEO

108759

5 övladı və 13 nəvəsi olan 63 yaşlı Ramiz adlı şəxs ikinci dəfə ailə qurmaq üçün “Elgizlə izlə” ictimai-sosial verilişinə qatılıb. 

Bizim.Media xəbər verir ki, proqramda ekspert qismində iştirak edən Əməkdar artist Kübra Əliyevanın həmin şəxslə canlı efirdə səmimi ünsiyyəti gündəm olub. 

Ramiz adlı şəxs Əməkdar artist Kübra Əliyevaya evlənmək təklif edib. 

Aktrisa isə “Sənə ərə gəlsəm, mənə hansı qızılı alacaqsan?” sözlərinə Ramiz “Mən qızılı xoşlamıram. Sənə qızıl, mənə isə ailə lazımdır. Baş və ürək qızıl olmalıdır” cavabını verib. 

Bundan sonra isə sənətkar Ramizə canlı efirdə “qızıl xırdalıyıb”: 

“63 yaşın var. Bu yaşda heç olmasa 15 dənə altında qızılın olmalı idi. Ağzında dişin yoxdur, onu düzəltdirmək üçün heç olmasa 5 qızıl lazımdır. Ağzında üç dənə dişlə sənə gələn arvad nədən zövq alacaq? 63 yaşın var, ürəyinin yenidən “vurması” üçün gərək ağzında dişlərin, əynində qəşəng geyimin olsun, həyat yoldaşı edəcəyin qadını gərək yaxşı saxlayasan. Bunları etmək üçün isə yaxşı imkanın olmalıdır. Səndə isə bu imkan yoxdur. 

Elə ən gözəli qayıt birinci həyat yoldaşının yanına. Çünki 63 yaşına kimi sənin əziyyətini çəkən, sənə beş gözəl övlad bəxş edən xanımındır. Elə bilirsən beş uşaq dünyaya gətirmək asan işdir? Get o xanımının əllərindən öp, otur yanında. Bu ilə qədər nə vermisənsə, onu da yeyib, sənə də qanə olub. Sənə ən gözəl məsləhətim budur. Bundan sonra isə qadın ya evinə, ya da ki puluna görə səninlə evlənəcək. O da ki səndə yoxdur. Get ona de ki, məni bağışla”. 

Aktrisanın bu sözlərinə qarşı tərəf “İkinci dəfə evlənəcəyim qadın məndən uşaq dünyaya gətirəcək. Hələ mənim 6-cı və 7-ci övladım da doğulacaq” deyərək, verilişdə oturan həm ekspertləri, həm də tamaşaçıları təəccübləndirib.  
Daha sonra aparıcı Elgiz Əkbərin sosial şəbəkə hesabında paylaşdığı görüntülərdə Əməkdar artist “Kübra Əliyevaya evlənmək təklifi edən şəxsin gərək 5 başı olsun” cavabını verib. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO