Səidə Quliyeva teatrdan çıxarılması iddialarına CAVAB VERDİ - ÖZƏL

Səidə Quliyeva teatrdan çıxarılması iddialarına CAVAB VERDİ - ÖZƏL

Hazırda oxunan: Səidə Quliyeva teatrdan çıxarılması iddialarına CAVAB VERDİ - ÖZƏL

108585

Xəbər verdiyimiz kimi, teatrşünas alim, professor İlham Rəhimli teatrlarda yaşı 65-i keçən aktyor və aktrisaların (Xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyeva – red.) işdən çıxarıldığını, ya da işə muzd işlədiyini bildirib. Mədəniyyət Nazirliyi bu xəbərə münasibət bildirib və qeyd edib ki, bu, mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması ilə bağlıdır. 

Mövzunu Bizim.Media-nın əməkdaşı Xalq artisti Səidə Quliyeva ilə davam etdirib.

Sənətkar İlham Rəhimlinin səsləndirdiyi bu fikirlərin ona və çalışdığı teatrın digər həmkarlarına adiyyatı olmadığını deyib.  

“İlham Rəhimli adımı səhvən və bilmədən çəkib. Pensiya yaşım bu yaxınlarda tamam olub. Akademik Milli Dram Teatrı hamı kimi mənimlə də bu yaxınlarda müqavilə bağlayıb. Mən də teatrımızda fəaliyyətimi davam etdirirəm.


Ştatdayam, məvacibimi də, Prezident təqaüdünü də alıram.  Bu söhbətlərin mənə və mənim həmkarlarım Hacı İsmayılova, Əli Nura, ümumiyyətlə işlədiyim Akademik Milli Dram Teatrına dəxli yoxdur. Bu günə kimi işdən heç kimi çıxartmayıblar. Əvvəlki kimi necə işləyirəmsə, elə də fəaliyyətimi davam etdirirəm. Yayılan informasiya səhvdir.

İlham Rəhimlinin yadına düşdüyünə görə isə çox sevinirəm. Amma bu məsələdə yox. Azərpaşa müəllim bununla bağlı heç bir aktyorla söhbət etməyib. Hamı kimi mən də müqaviləyə bir illik imza atmışam. Teatrın kollektivindəyəm və oradan məvacibimi də alıram”. 
Yeri gəlmişkən, Mədəniyyət Nazirliyi kadr dəyişikliyinin labüd olduğunu bildirib: “Ona görə də, imkan daxilində biz həm gənclərin işlə təmin olunmasına, gənclərə meydan verilməsinə, həm də qocaman sənətkarlarımızın uzunillik təcrübəsindən faydalanmağa çalışırıq”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO