Müğənni Gülay Zeynallı həmkarı Şəbnəm Tovuzluya söz atıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində həmkarının yalan danışdığını iddia edib.
Belə ki, bir neçə gün əvvəl sözügedən verilişdə qonaq olan Şəbnəm geyindiyi qızılı düymələrlə bəzədilmiş libasının 600 manat olduğunu açıqlayıb.
Şounun aparıcıları isə Tovuzlunun geyiminin bahalı olmasına rəğmən düymələrinin töküldüyünü söyləyiblər.
Bunu eşidən Zeynallı isə “Heç 600 manatlıq geyimin düyməsi qopar ki? Məncə, qırılmamalıdır. Yəqin, 60 manat demək istəyib” cavabını verib.
Rəşad Əliyev, Bizim.Media

