Sobçak Rublyovkadaki 320 kvadratmetrlik malikanəsini ÜZƏ ÇIXARDI - FOTO

Sobçak Rublyovkadaki 320 kvadratmetrlik malikanəsini ÜZƏ ÇIXARDI - FOTO

Hazırda oxunan: Sobçak Rublyovkadaki 320 kvadratmetrlik malikanəsini ÜZƏ ÇIXARDI - FOTO

108383

Rusiyanın qalmaqallı jurnalisti və iş xanımı Kseniya Sobçak yeni villası ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, Kseniya Rublyovkada 3 ildir tikintisi davam edən ailə yuvasının fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Şəkillərdə Sobçak malikanəsinin yalnız kiçik bir hissəsini göstərsə də, mülkün interyerinə küllü miqdarda pul xərclədiyi aydın görünür. Villanın dizaynında işlənilən təbii ağac və mərmərdən hazırlanmış bəzək detallar, döşəmədən tavana qədər panoramik pəncərələr və ikinci mərtəbədə yerləşən geniş eyvan diqqət çəkir. 
320 kvadratmetr sahəsi olan malikanədə hovuz, idman zalı və geniş terras üçün də kifayət qədər yer var. Jurnalistin qonşuları da sadə deyil – pop müğənnilər İrina Dubtsova və Sergey Lazarev. 

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO