Turanə və Nazrynin “Altın Kelebek”ə geyindikləri libaslar “kopya” imiş - FOTO

Turanə və Nazrynin “Altın Kelebek”ə geyindikləri libaslar “kopya” imiş - FOTO

Hazırda oxunan: Turanə və Nazrynin “Altın Kelebek”ə geyindikləri libaslar “kopya” imiş - FOTO

108371

Ötən həftə Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasiminə qatılan Azərbaycan ulduzları - aktrisa Turanə Hüseynlinin və müğənni Nazrynin geyindikləri libaslar sosial şəbəkə əhli tərəfindən tənqidlə qarşılanıb.  

Bizim.Media xəbər verir ki, hər iki gənc xanım sənətçinin libaslarının illər əvvəl Hollivud ulduzlarının qatıldıqları mükafatlandırma mərasimlərinə geyindikləri geyimlərin “kopyası” olduğu üzə çıxıb. 

Belə ki, Turanənin geyindiyi qara libasın sol qol hissəsinin “robot qolu” detallı olması müğənni Zayn Malikin “Met Gala”ya geyindiyi kostyumun qolları ilə birəbir oxşardır. Hüseynlinin geyimində qol detalı qızılı, Malikin kostyumunda isə gümüşü rəngdədir. 

Müğənni Nazrynin isə sinə, bir qolu və beldən aşağı olan hissəsi qızılı parça ilə bəzədilmiş uzun libası “Tony Ward 2021-2022” markasının payız-qış kolleksiyasına məxsus geyiminin oxşarıdır.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO