“Mən böyük ağrı-acı çəkdim (oğlu Əli Quliyevin vəfat etməsi – red.). Amma böyük sevgi qazanmışam. Əlbəttə ki, bunun bir bədəli olmalıdır. Ona görə Allahıma şükürlər edirəm. Verəcəyinə də, alacağına da şükürlər olsun. Buna görə nankorluq edə bilmərəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “Günün sədası” verilişində deyib.
İllər əvvələr ifa etdiyi “Nə olar Allahım, ayırma bizi!” mahnısından söz açan sənətçi bildirib ki, bu sözləri nə zamansa deyəcəyini ağlından keçirməyib:
“Övlad acısını mən yaşadım. Bilmədim… “Nə olar Allahım, ayırma bizi!”. Heç vaxt gözləməzdim ki, bu sözləri nə zamansa deyəcəyəm. Hər an göz yaşı axıtmışam. Çünki sevincim də olub, göz yaşı axıtmışam. Həyatımda o anlar olub. Sən demə acıların acısı var imiş. İndi artıq o dövrdən sonraki həyatımı yaşayıram”.
Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev ötən il 41 yaşında ürək çatışmazlığından vəfat edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:00 / 07.12.2022
Nazpəri: "Nankorluq edə bilmərəm” - VİDEO
Hazırda oxunan: Nazpəri: "Nankorluq edə bilmərəm” - VİDEO
Hazırda oxunan: Nazpəri: "Nankorluq edə bilmərəm” - VİDEO
108337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.