İsa Məlikov “Avroviziya”nın Azərbaycan heyətini TƏRK ETDİ - FOTO

İsa Məlikov “Avroviziya”nın Azərbaycan heyətini TƏRK ETDİ - FOTO

Hazırda oxunan: İsa Məlikov “Avroviziya”nın Azərbaycan heyətini TƏRK ETDİ - FOTO

108327

“Bu gündən etibarən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan heyətinə rəhbərlik etmirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri, bəstəkar və musiqi prodüseri İsa Məlikov sosial şəbəkə hesabında yazıb.  

İ.Məlikov bildirib ki, bundan sonra yarışmanın Azərbaycan heyətində olmayacaq:  

“Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracağam. “Avroviziya" müsabiqəsində Azərbaycanı təmsil edən, birlikdə işlədiyim hər kəsə minnətdaram. Bu, mənə unudulmaz təcrübə və inanılmaz emosiyalar qazandırdı. Hər birinizin bu layihədə buraxdığınız dəyərli izi, özünüzün dəyərli parçası var”. 

Həmçinin bəstəkar yazdığı postda yeni layihələr üzərində çalışdığını qeyd edib: 

“Gələn il, nəhayət ki, ilk müəllif konsertimi reallaşdırmağı planlaşdırıram. Yeni ildən dərhal sonra onun hazırlıqlarına başlayacağam. Eyni zamanda, daha bir layihənin startı gözlənilir, amma bu hələ sirrdir. İTV telekanalı və xüsusi ilə də kanalın rəhbərliyi ilə münasibətlərimiz möhtəşəm formalaşıb. İrəlidə bir çox planımız var və 2023-də xeyli maraqlı istiqamətlərdə çalışacağıq”.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO