Elmandan evlilik ildönümü ilə bağlı PAYLAŞIM - FOTO

Elmandan evlilik ildönümü ilə bağlı PAYLAŞIM - FOTO

Hazırda oxunan: Elmandan evlilik ildönümü ilə bağlı PAYLAŞIM - FOTO

108264

Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Elman Zeynalov ailəsi ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında həyat yoldaşı koreyalı model Marqarita Tsoy ilə çəkilən fotolarını izləyiciləri ilə bölüşərək evliliklərinin altıncı ildönümünün tamam olduğunu yazıb.  

“Bu gün yubileyimizdir. 3 ən xoşbəxt il. Başlanğıcdan stratosferə qədər birlikdə çox şey keçdik. Dalaşırıqmı? Əlbəttə - bəli. Bütün normal insanlar kimi. Amma sənin müdrikliyin sayəsində bu davalar tez və ağrısız bitər həmişə Marqarita”, - deyə Elman bildirib. 
Qeyd edək ki, Elman məşhur televiziya musiqi layihəsində çıxışı ilə tanınıb, bu müddət ərzində sənətçi Qriqori Leps, Ani Lorak, Djiqan və digər rus ulduzları ilə çıxış edib və daha sonra Xalq artisti Emin Ağalarovun “Zhara” musiqi leybli ilə müqavilə imzalayıb. Elman ilə Marqaritanın Mariel adında qız övladı var.

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO