“Jony” ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı pop müğənni Cahid Hüseynli virtual olaraq ABŞ-a səfər edib.
Bizim.Media xəbər verir ki, sənətçinin bir neçə gün əvvəl təqdim etdiyi “Не ищите во мне жанры” (Məndə janrlar axtarmayın) albomu Nyu-York şəhərinin məşhur “Times Square” meydanında yerləşən böyük monitorda nümayiş olunub.
Həmin görüntülər isə Jony-nin pərəştişkarları tərəfindən çəkilərək sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, sənətçinin yeni albomunun reklam görüntüləri gün ərzində bir neçə dəfə monitorda öz əksini tapıb.
Qeyd edək ki, səhhətinin pisləşməsi nəticəsində bir neçə konsertini təxirə salan Cahid Hüseynli hazırda həkimlərin xüsusi nəzarəti altında evdə müalicə alır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:22 / 06.12.2022
Jony-nin yeni albomu “Times Square” də - VİDEO
Hazırda oxunan: Jony-nin yeni albomu “Times Square” də - VİDEO
Hazırda oxunan: Jony-nin yeni albomu “Times Square” də - VİDEO
108133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.