Xatun təzə gəlinindən DANIŞDI:

Xatun təzə gəlinindən DANIŞDI: "Çox intizamlıdır" - VİDEO

Hazırda oxunan: Xatun təzə gəlinindən DANIŞDI: "Çox intizamlıdır" - VİDEO

107793

"Təzə gəlinimiz çox intizamlıdır. Qulluğu çox gözəl bacarır. Baxıb deyirəm ki, kaş gəlinlə bir yerdə yaşayardım. Bir sözlə, fikrimi dəyişdim".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.

Sənətçi gəlini ilə bağlı etiraflarını dilə gətirib. 

"Cavanları (oğlu Adil və xanımı Gülnar - red.) rahat buraxmaq lazımdır. Görürəm ki, narahat olurlar, həyacanlanırlar. Çox gözəl hisslərdir", - deyə Xatun bildirib.

Verilişin gedişatında Xatun mərhum stilist qardaşı Balaşdan söz açıb. 

"Aygün Kazımovanın "Qadın" mahnısı var. O nəğməni ifa etməzdən əvvəl ünvanıma səhnədən çox gözəl sözlər söylədi. Bir anlıq elə bildim ki, mərhum qardaşım Balaş yanımdadır. Həmin an çox istəyirdim ki, Balaş yanımızda olsun (ağlayır). Özümdən aslı olmayaraq, kövrəldim. Sonra tez məni sakitləşdirdilər. Oğlum Adili Balaş üç yaşında böyüdüb. Onun bütün yükünü qardaşımla ikimiz çəkmişik.
Aygün xanım toyda söylədi ki, siz necə belə bacı-qardaşsınız. Aygün xanım söylədi ki, Balaş dünyasını dəyişəndən sonra səni "Instagram"da izləməyə başladım. Aygün xanım toya Balaşın ruhuna görə gəldi. O, çox dəyərli bir sənətkardır. Mənə və ailəmə qarşı gəlişi ilə çox böyük jest etdi. Aygün xanım bir qadın, bir ana və bir bacı olaraq çox dəyərlidir. Onu yalnız alqışlamaq lazımdır. Aygün xanım mənə dəstək və ürək vermək üçün Adilin xoş gününə gəldi. Aygün xanım Allah sizi bizə çox görməsin. O gün olsun İlqarə qızınızın xoş gününə gələk. Heç olmasa həmin gün yanınızda olum. Hər şeyə görə çox sağolun", - deyə Xatun Əliyeva qeyd edib.

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO