Xəbər verdiyimiz kimi, ötən həftə müğənni Xatun Əliyevanın oğlu Adilin təmtəraqlı toyu baş tutub. Xalq artisti Aygün Kazımovanın məclisdə çıxışı isə gecəyə damğa vurub.
Bizim.Media xəbər verir ki, "Zaurla Günaydın" səhər şousunda qonaq olan sənətçi Aygün Kazımovanın toya qonorarla deyil, təmənnasız olaraq gəlib, çıxış etdiyini açıqlayıb.
"Ailəm adından Aygün Kazımovaya təşəkkürümü bildirirəm. O, çıxışı ilə bizə dünyaları bağışladı.
Allah ona can sağlığı versin. Aygün xanımın simasında Eyyub Yaqubova, Nuri Sərindləndiriciyə toyumuzda təmənnasız çıxış etdiyi üçün dərin minnətdarlığımı bildirirəm. Məclisimizə kimi çağırmışdımsa hamısı gəldi.
Gələn həmkarlarım da çox gözəl iştirak etdi. Söz-söhbətlər yayılıb ki, güya müğənnilər qonorarla gəlib çıxış ediblər. Amma bu yalandır. Onların elədikləri yaxşılıqları, jestləri urvatdan salmayın. Toydan sonra qulağıma söhbətlər çatdı.
Belə söhbətlər etməsinlər. Toyumuzda heç kim qonorarla iştirak etməyib. Aygün xanım toyda konsert verdi. Onun çıxışını Beyonsun çıxışına bənzətdim. Səhnə açıldı, Aygün xanım səhnəyə gəldi. Bir də gördüm ki, anam səhnədədir. Anam deyir ki, elə gözəl açılışla Aygün Kazımova səhnəyə gəldi ki... Halal olsun Aygün xanıma", - deyə Xatun vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:17 / 04.12.2022
Xatun: "Oğlumun toyunda Aygün Kazımova təmənnasız oxudu" - VİDEO
Hazırda oxunan: Xatun: "Oğlumun toyunda Aygün Kazımova təmənnasız oxudu" - VİDEO
Hazırda oxunan: Xatun: "Oğlumun toyunda Aygün Kazımova təmənnasız oxudu" - VİDEO
107771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.