Dekabrın 2-i axşam saatlarında aparıcı Vüsalə Əlizadənin qarşısını tanımadığı şəxs avtomobillə kəsərək, təhqir edib.
Bizim.Media xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında yoldan paylaşdığı videoda məlumat verib.
V.Əlizadə onun yolunu kəsib, təhqir edən şəxsin tapılması üçün polisə müraciət edib.
“2 saat öncə şəhərdə tıxac əlindən addım atmaq olmur və yol açılır, hava limanı yoluna çıxıram. Birinci yoldan işarə edib, yol almaq istəyirəm, görün başıma nə oyun açır, necə yolumu kəsir! Yolumu kəsməyi bəs deyil, əl-qol çıxarıb bağırır, təhqir edir! Avtomobildə tək olsaydım, mənə bu qədər təsir etməzdi.
Anamı əməliyyatdan çıxarıb evə gətirirəm, ağrısı çox dəhşətlidir, dözə bilmir. Bu tərbiyəsiz kimdirsə yol hərəkəti qaydasını pozmağı bəs deyil, mənə də qəza şəraiti yaradır! Bu, məcbur olub telefonla çəkdiyim videonun az hissəsidir.
Tam video avtomobilimdəki kamerada var... Çox rica edirəm, bu tərbiyəsizi tapıb, tədbir görəsiniz və etdiyi şərəfsizliyə görə üzr istəsin! Ölkəmin polisinə güvənirəm, inanıram ki, şikayətimə tez bir zamanda baxılacaq”, - deyə Vüsalə bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
00:12 / 03.12.2022
Aparıcı Vüsalənin qarşısını kəsib, təhqir etdilər - VİDEO
Hazırda oxunan: Aparıcı Vüsalənin qarşısını kəsib, təhqir etdilər - VİDEO
Hazırda oxunan: Aparıcı Vüsalənin qarşısını kəsib, təhqir etdilər - VİDEO
107603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.