Məşhur dizayner Turanəni “Altın Kelebek”də geyindirməkdən İMTİNA ETDİ – VİDEO

Məşhur dizayner Turanəni “Altın Kelebek”də geyindirməkdən İMTİNA ETDİ – VİDEO

Hazırda oxunan: Məşhur dizayner Turanəni “Altın Kelebek”də geyindirməkdən İMTİNA ETDİ – VİDEO

107442

Xəbər verdiyimiz kimi, ötən gecə Türkiyənin nüfüzlu “Altın Kelebek” mükafatlandırma gecəsinin Azərbaycan namizədlərinin iştirakı ilə konsert proqramı keçirilib. Sözügedən mərasimə xüsusi olaraq hazırlaşan namizədlərdən biri aktrisa Turanə Hüseynlinin sinə dekolteli ultra qısa qızılı rəngli libası sosial şəbəkədə izləyicilərin tənqidi ilə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, sözügedən qalmaqallı məsələ ilə bağlı aktrisa qonaq olduğu “Səhər mərkəzi” verilişində tənqidlərə cavab verib.

“Mövzu varsa, şərh yazan insanlar özlərini “stilist –dizayner” hesab edirlər. İşləri yalnız tənqid etməkdir. Mənə yazırlar ki, bərbad görünürsünüz. Amma məndən inciməyin, sizə uğurlar arzu edirəm (gülür). Geyim insanın ruhu, fikirləri haqqında çox mesajlar verir. Bizi ifadə edir. Kim hansı formada geyinmək istəyirsə, geyinsin. Sosial şəbəkə açıq platformadır, hamı şərh yaza bilər. Amma geyimimiz haqqında peşəkarlar fikir bildirsinlər”, - deyə Turanə bildirib.

O qeyd edib ki, geyimi ilə bağlı dünyaca məşhur dizaynerə müraciət etsə də, həmin şəxsdən rədd cavabı alıb: 

“Çox istəyirdim ki, “Altın Kelebek”ə Azərbaycanın tanınmış məşhur dizaynerlərinin məhz Azərbaycan brendindən hazır libas geyinim. Bunun üçün isə menecerim dünyaca məşhur azərbaycalı dizaynerimizə müraciət etdi. Amma o bizə söylədi ki, Turanə dünya ulduzu deyil ki, onu geyindirim. Belə bir cavab aldım. Təbii ki, bundan incimirəm. Sosial şəbəkə yazırlar ki, dizaynerlərdən məsləhət alsınlar, onlara müraciət etsinlər və s.... Müraciət etdik, amma... Yəni şərh vermək çox asandır. Kulisdə baş verənlərdən heç kimin xəbəri yoxdur”. 

Aktrisa neqativ dolu şərhlər yazan izləyicilərə efir vasitəsi ilə mesaj da yollayıb: 

“Əziz izləyicilər, bir az insaflı olun. Bizə dəstək olun. Çünki üç gənc insan Azərbaycan adından böyük addım atırlar. Biz insanıq, robot deyilik, yazılan tənqid dolu şərhləri oxuyub, təşəkkür bildirək, sakit dayanaq. Təbii ki, bizə yazılan xoş olmayan rəylər çox pis təsir edir. Hamımızın bir psixoloji vəziyyətimiz var. Bu günlərdə bizə qarşı insaflı olun”. 

Rəşad Əliyev, Bizim.Media

 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO