Aktrisa Nəzakət: “Nazir müavini mənə elçi düşüb” – VİDEO

Aktrisa Nəzakət: “Nazir müavini mənə elçi düşüb” – VİDEO

Hazırda oxunan: Aktrisa Nəzakət: “Nazir müavini mənə elçi düşüb” – VİDEO

107423

“Zamanında mənimlə ailə qurmaq istəyən çox bəylər olub. Nazir müavininə kimi mənə elçi düşən olub”.

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Nəzakət Məmmədova qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib. 

Xəyanət səbəbi ilə həyat yoldaşından boşanan sənətçi bildirib ki, 27 yaşı olanda Ədliyyə nazirinin müavini ona elçi düşüb və onunla evlənmək istəyib. 

“O zamanlar doğum evində uşaq həkimi işləyirdim. Həkim yoldaşımızın toyunda idim, həmin şəxs məni orada gormüşdü. Nazir müavini məni bəyənmişdi. Adını çəkməyəcəyəm, çünki həmin şəxs vəfat edib. O, çox hörmətli bir insan idi, Ədliyyə nazirinin müavini idi. Övladlarımın onda 2-3, mənim isə 27 yaşım vardı. Yenidən ailə qurmaqdan qorxdum. Ögey atanın yanında xüsusi ilə qız uşağını böyütməkdən qorxdum”, - deyə Nəzakət bildirib. 
Qeyd edək ki, Nəzakət Məmmədova açıqlamalarının birində həyat yoldaşını qardaşı arvadı ilə evində bir yerdə tutduğunu etiraf edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO