Bəhramın arzusu reallaşdı - Nüsrətlə görüşdü - VİDEO 

Bəhramın arzusu reallaşdı - Nüsrətlə görüşdü - VİDEO 

Hazırda oxunan: Bəhramın arzusu reallaşdı - Nüsrətlə görüşdü - VİDEO 

107177

Xəbər verdiyimiz kimi, Əməkdar artist Bəhram Bağırzadə futbol üzrə Dünya Çempionatını izləmək üçün Qətərə yollanıb.   

Bizim.Media xəbər verir ki, aktyor paytaxt Dohada dünyaca məşhur Türkiyəli aşpaz Nüsrət Gökçənin restoranına gedərək, onunla görüşüb. 

Bəhram Nüsrətlə bir araya gələrək, onunla çəkdiyi videonu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Bağırzadə görüntülərdə Nüsrəti qucaqlayaraq "Sizə yarım milyon insan baxır ("Instagram" hesabında onu izləyən izləyiciləri nəzərdə tutur - red.) deyə bildirib. Ulduz aşpaz isə "Azərbaycana çoxlu salamlar və sevgilər", deyə qeyd edib. 
Bəhram Bağırzadə Nüsrətlə görüşməyi illərdir arzuladığını bildirib:

"İllərdir ki, Nüsrətlə görüşmək arzusunda idim və həmin gün gəldi. Mən onunla Dohada görüşdüm və Almaniya - İspaniya futbol matçından əvvəl ləzzətli ərəb yeməkləri yedim. Nüsrət, sizinlə tanış olmaqdan məmnun oldum".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO