Elzanın avtomobilini cərimə meydançasına apardılar - VİDEO

Elzanın avtomobilini cərimə meydançasına apardılar - VİDEO

Hazırda oxunan: Elzanın avtomobilini cərimə meydançasına apardılar - VİDEO

107113

“Verilişinizə gələndə avtomobilimi cərimə meydançasına apardılar. Cəriməm var idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Günün sədası” verilişində deyib. 

Sənətçi bildirib ki, ona yazılan cərimələri vaxtlı-vaxtında ödəmir.  

“Vaxtında cəriməni ödəmirəm və yığılır. Texniki baxış etmirəm, ona görə yığılıb qalır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik”,-  deyə Əməkdar artist vurğulayıb. 

Qeyd edək ki, E.Seyidcahan müsahibələrinin birində 5 min manat məbləğində cəriməsinin olduğunu və bu səbəbdən idarə etdiyi avtomobilinin əlindən alındığını açıqlamışdı. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO