Xatirə ikinci dəfə ana ola bilməməsindən DANIŞDI:

Xatirə ikinci dəfə ana ola bilməməsindən DANIŞDI: "Dünyada həkim qalmadı ki..." - VİDEO

Hazırda oxunan: Xatirə ikinci dəfə ana ola bilməməsindən DANIŞDI: "Dünyada həkim qalmadı ki..." - VİDEO

106999

Müğənni Xatirə İslam səhhətindəki problemlərdən danışıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində bildirib ki, ikinci dəfə ana olmaq istəsə də, bu hələ də gerçəkləşməyən arzu olaraq qalıb.

"Yenidən ana ola bilmədim. Çox çalışdım ki, ikinci dəfə ana olum, amma olmadı. Çox istəyirəm ki, qız övladım olsun. Dünyada o həkim qalmadı ki, yenidən ana olmaq üçün ona müraciət etməyim. Olur da... Problem var yəqin", - deyə Xatirə söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl Xatirə İslam ana olmaq üçün müalicələr alıb. Hətta müğənni bunun üçün əməliyyata da girib. Xatirə hərbçi Fəxrəddin Musazadə ilə evlidir. Cütlüyün bu nikahdan Emil adlı bir oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO